AZ

"Bavariya" Kvaratsxeliyanın qardaşı ilə danışıq aparır

style='margin-bottom:10px;'>

Almaniyanın "Bavariy" klubu gürcü futbolçu Tornike Kvaratsxeliyanın transferində maraqlıdır.

QOL.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Tornike PSJ-nin və Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliyanın kiçik qardaşıdır.

16 yaşlı yarımmüdafiəçinin hazırda Münhendə olduğu və yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcəyi bildirilib.. O, hazırda "Dinamo" Tbilisi klubunun əvəzedici komandasında çıxış edir. Mayın 2-də isə ilk dəfə əsas komandanın oyun heyətinə daxil edilib.

Tornike Kvaratsxeliya Gürcüstanın U-17 millisində də forma geyinir və perspektivli futbolçulardan hesab olunur. O, qardaşı kimi sol cinahda oynayır.

Xatırladaq ki, Xviça qardaşlarının atası Badri Kvaratsxeliya Azərbaycan millisinin sabiq üzvüdür. 

Seçilən
2
2
teleqraf.com

3Mənbələr