Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukraynaya məxsus PUA Rusiyanın Çeboksarı şəhərində yaşayış binasına düşüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, nəticədə Leninski Komsomola küçəsindəki hündürmərtəbəli binada bir neçə mənzilə ziyan dəyib.
Çuvaş Respublikasının Baş naziri Sergey Artamonovun sözlərinə görə, PUA hücumu nəticəsində bir neçə nəfər yaralanıb.
"Baza" Telegram kanalı 10 nəfərin yaralandığı, "Shot" Telegram kanalı isə bir nəfərin öldüyü barədə məlumat yayıb.
Ölüm hadisəsi barədə rəsmi məlumat verilməyib.
Respublikanın Nəqliyyat Nazirliyi bildirib ki, mövcud vəziyyətlə və təhlükəsizliyi təmin etmək üçün şəhərdə ictimai nəqliyyat müvəqqəti olaraq dayandırılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.