ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Silahlı Qüvvələri mayın 4-dən 5-nə keçən gecə Ukraynanın Poltava və Xarkov vilayətlərində "Naftoqaz" qrupunun obyektlərinə kütləvi hücum həyata keçirib.
Axar.az "Unian"a istinadla xəbər verir ki, bunu "Naftoqaz Ukraina" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski bildirib.
"Ciddi dağıntılarımız və hasilatda itkilərimiz var. Zərbələr PUA-lar və ballistik silahlarla endirilib", – o qeyd edib.
Koretskinin sözlərinə görə, "Naftoqaz"ın üç əməkdaşı və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin iki xilasedicisi həlak olub, daha 37 nəfər yaralanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya ordusu tərəfindən "Naftoqaz" qrupunun obyektlərinə zərbələr endirilmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.