Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Lorestan əyalətidə nəqliyyat vasitəsi ilə nəzarət məntəqəsinə hücum etməkdə ittiham olunan bir şəxsin həbs edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Çegenidəki SEPAH komandanı məlumat verib.
Məlumata görə, hadisə aprelin 30-da "Sarab-e Dowreh" girişində baş verib və nəzarət məntəqəsində Bəsic üzvünün yaralanması ilə nəticələnib.
Bildirilib ki, saxlanılan şəxs daha sonra məhkəmə orqanlarına təhvil verilib və araşdırma aparılır.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.