Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Meta şirkətinin qurucusu Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə ilk dəfə Met Gala 2026 mərasiminə qatılıb.Bizim.Media xəbər verir ki, cütlüyün debütü dünyanın ən qapalı və ən çox müzakirə olunan kübar tədbirlərindən birində baş tutub.41 yaşlı milyarder mərasim üçün klassik qara smokinq seçib. Onun xanımı Prissilla Çan isə uzunqol zərif qırmızı libasda və geyiminə uyğun parlaq dodaq boyası ilə diqqət çəkib.Cütlüyün tədbirdə görünməsi kifayət qədər sakit keçib. Zukerberq və Çan qırmızı xalçadan birlikdə keçməyiblər və muzeyə daha sakit, alternativ girişdən daxil olmağa üstünlük veriblər.Onların gəlişi tədbirin girişində yaşanan insidentlə eyni vaxta təsadüf edib. Belə ki, Amazon və Ceff Bezos əleyhinə çıxış edən bir qrup etirazçı baryerlər yaxınlığında asayişi pozub. Bu isə qısa müddətli qarışıqlığa və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.Bu fonda təşkilatçılar və qonaqlar ictimai diqqətdən mümkün qədər yayınmağa çalışıblar. Bəzi məşhurlar muzeyə alternativ marşrutlarla daxil olublar.Met Gala ənənəvi olaraq moda, mədəniyyət, biznes və media elitasını bir araya gətirir. 2026-cı ildə tədbirdə iştirak haqqı da onun statusunu bir daha göstərir: fərdi biletin qiyməti 100 min dollar, masa üçün ödəniş isə 350 min dollar təşkil edir.Bu il gecənin iştirakçıları və sponsorları arasında Meta, OpenAI və Snapchat kimi texnologiya şirkətləri də yer alıb. Bu isə texnologiya dünyası ilə moda sənayesi arasında əlaqələrin getdikcə gücləndiyini göstərir.Tədbirin əsas sponsorları və fəxri kuratorları arasında Ceff Bezos və Loren Sançesin olması isə etirazlar fonunda əlavə diqqət çəkib.Mark Zukerberqin Met Gala debütü səs-küylü moda bəyanatı olmasa da, simvolik hadisə kimi qiymətləndirilib. Onun iştirakı texnologiya elitasının moda məkanında daha fəal görünməyə başladığını göstərir.

Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.