Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hazırda beynəlxalq tədbirlərə ev sahibliyi edən Ermənistanın paytaxtatı İrəvanda silahlı insident baş verib, nəticədə bir nəfər həyatını itirib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edib.
Hadisə yerinə hüquq-mühafizə orqanları çatana qədər yaralı vəziyyətdə olan şəxs xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, həyatını xilas etmək mümkün olmayıb.
Fakt üzrə Şenqavit rayonu istintaq şöbəsində “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Yerli sakinlərin məlumatına görə, həlak olan şəxsin təxminən 40 yaşlarında olduğu qeyd edilir. Hadisənin adi kriminal olay, yoxsa siyasi məqsədli təxribat olması ehtimalı araşdırılır.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.