Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.
Gəncədə faciəvi şəkildə ölən Zümrüd Qurbanova məktəbdə işləyirmiş.
“Yeni Sabah” xəbər verir ki, o, şəhərdə yerləşən Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə texniki işçi kimi çalışırmış.
Z.Qurbanova 1998-ci ildən sözügedən təhsil müəssisəsinin əməkdaşı olub.
İş yoldaşları onu zəhmətkeş, sadə, səmimi insan kimi xatırlayırlar.
Qeyd edək ki, mayın 5-də Gəncənin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə, daha sonra isə ağaca və köşkə çırpılıb. Qəza zamanı 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aytac Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.