Şəkidə avtomobil aşıb, ölən və yaralanan var.
"Yeni Sabah" xəbər verir ki, hadisə gecə saatlarında olub.
"VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 23 yaşlı sərnişin Elçin Əhmədli hadisə yerində ölüb, 22 yaşlı sürücü Ömər Tanrıverdiyev və 16 yaşlı digər sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız