Azərbaycan Belarusla maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edib.
Publika.az xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov ilə keçirilən görüşdə aparılıb.
Bu çərçivədə Ağdam Sənaye Parkı ərazisində istehsal müəssisəsinin qurulması perspektivləri nəzərdən keçirilib.