AZ

Belarusla sənaye əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov ilə görüşüb.

Görüşdə Azərbaycan və Belarus iqtisadi əlaqələrinin cari vəziyyəti təhlil olunub, xüsusilə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub. Bu çərçivədə Ağdam Sənaye Parkı ərazisində istehsal müəssisəsinin qurulması perspektivləri nəzərdən keçirilib.

Seçilən
0
5
vergiler.az

7Mənbələr