ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cəllabad rayonunda gənc müəllim Əhmədov Əhməd Natiq oğlu vəfat edib. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əslən rayonun Albalan kəndindən olan mərhum uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Onun bağırsaq xərçəngindən vəfat etdiyi bildirilir.
Əhməd Əhmədov 2015–2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəllabad filialında tarix–coğrafiya ixtisası üzrə təhsil alıb.
Mərhum ailəli olub, iki övlad atası idi.
Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.