AZ

İrəvanda Ukrayna bayrağı yandırıldı -VİDEO

Ermənistanın paytaxtı İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə səfərinə etiraz olaraq bu ölkənin dövlət bayrağı yandırılıb.

Redaktor.az xəbər verir ki, hadisə “Yerablur” hərbi panteonunun ərazisində baş verib.

Aksiyanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, aksiya iştirakçısı bu addımı Zelenskinin İrəvana səfərinin erməni xalqı üçün “təhqir” olması ilə əsaslandırıb:

“Burada Ukraynanın göndərdiyi fosforlu silahlarla yandırılan qardaşlarımız əbədi yuxuya gedib. Bu gün isə həmin ölkənin prezidenti bura fəxri qonaq kimi gəlib. Biz bu rüsvayçılığın iştirakçısı olmaq niyyətində deyilik”.

 

Seçilən
0
5
redaktor.az

10Mənbələr