AZ

İrəvanda Ukrayna bayrağı yandırıldı - Video

Ermənistanın paytaxtı İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə səfərinə etiraz olaraq Ukrayna bayrağı yandırılıb.

Hadisə “Yerablur” hərbi panteonunun ərazisində baş verib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, aksiyada iştirak edən şəxs bu addımı Zelenskinin İrəvana səfərini “erməni xalqına təhqir” kimi qiymətləndirməsi ilə izah edib.

“Burada Ukraynanın göndərdiyi fosforlu silahlarla yandırılan qardaşlarımız dəfn olunub. Bu gün isə həmin ölkənin prezidenti bura fəxri qonaq kimi gəlib. Biz bu vəziyyətin iştirakçısı olmaq istəmirik”, – deyə o bildirib.

 

Seçilən
11
3
anews.az

10Mənbələr