AZ

Türkiyədə qalmaqallı reklamla bağlı qərar verildi VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Dünyaca məşhur "Bosch" firmasının Türkiyədəki nümayəndəliyinin "Analar Günü" reklamı yayından qaldırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Bosch Türkiye" tərəfindən "Analar Günü" münasibətilə hazırlanan "Tam bi anne hikayesi" adlı reklam filmi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məlumata görə, Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) reklamla bağlı araşdırmaya başladığını açıqlayıb.

Eyni zamanda, Ailə və Sosial Xidmətlər Nazirliyi də məsələni məhkəməyə daşıyacağını bildirib.

Nazir Mahinur Özdemir Göktaş sosial media hesabında paylaşdığı açıqlamada reklama etiraz edərək bildirib:

"Analıq reklam dilinə endirilərək dəyərsizləşdiriləcək bir anlayış deyil".

Gələn reaksiyalardan sonra reklam çarxını silən "Bosch Türkiyə" isə hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, şirkətin 10 may "Analar Günü" ərəfəsində hazırladığı reklam filmində analıq anlayışı daha geniş şəkildə təqdim olunaraq ev heyvanı sahibliyi üzərindən izah edilib.

Bu yanaşma isə ictimaiyyətdə birmənalı qarşılanmayıb.Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
50
news.milli.az

10Mənbələr