AZ

Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi

Müəllif:Mehin Qasımova,Banco.az

Türkiyənin 6000 kilometrə qədər məsafə qət edə bilən ilk hipersəs qitələrarası ballistik raketi olan "Yıldırımhan" İstanbulda keçirilən beynəlxalq aerokosmik sərgisində nümayiş etdirilib.

Banco.az xəbər verir ki, Türkiyənin arsenalı yalnız qısa və orta mənzilli ballistik raketlərdən, xüsusən də "Tayfundan "ibarət idi. Lakin indi bu arsenala "Yıldırımhan" layihəsi də əlavə edilib. Dörd azot tetroksid mühərriki ilə işləyən bu raketin 9-25 Max sürətinə çata biləcəyi iddia edilir. Sərgidəki rəsmilərin sözlərinə görə, bu raket qlobal miqyasda güc balansını dəyişdirməyə kömək edəcək. Silah Türkiyə Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf müəssisələrinin milli resurslarından istifadə edilməklə hazırlanıb.

Sərgidə hipersəs raketlə yanaşı, müxtəlif məqsədlər üçün digər raketlə hərəkət edən sursatlar, qanadlı raketlər, PUA-lar, kiçik silahlar və aviasiya və yerüstü nəqliyyat vasitələri üçün bir sıra elektrik stansiyaları da nümayiş olunub.

Seçilən
1
9
banco.az

10Mənbələr