AZ

Kim Çen In vəzifəsini qoruyub və nüvə silahından istifadə hüququ əldə edib

Şimali Koreyanın yeni konstitusiya redaksiyasına əsasən, Kim Çen In dövlət başçısı kimi yenidən təyin olunur və nüvə silahından istifadə hüququna malik olacaq...

Poliqon xəbər verir ki, bu barədə Reuters sənədə istinadən yazıb.

Agentliyin məlumatına görə, yenilənmiş konstitusiya Kim Çen Ina Dövlət İşləri üzrə Sədr kimi nüvə silahından istifadə səlahiyyəti verir. Sənəddə həmçinin qeyd olunur ki, ölkə "müharibənin qarşısını almaq" məqsədilə nüvə silahlarının inkişafını davam etdirəcək.

Martın 24-də Ali Xalq Məclisinin 15-ci çağırışının ilk sessiyasında proqram xarakterli çıxışı zamanı Kim Çen In qlobal vəziyyəti nəzərə alaraq denuklearizasiyadan imtinanı düzgün qərar adlandırıb. O bildirib ki, suveren dövlətlərin hüquqları “amansız şəkildə pozulduğu” bir şəraitdə ölkənin təhlükəsizliyi bəyanatlar və çağırışlarla deyil, güc vasitəsilə təmin olunur.

Həmin vaxt Koreya Mərkəzi Teleqraf Agentliyi də məlumat yayaraq bildirib ki, Şimali Koreya konstitusiyanın adından "sosialist" sözünü çıxarmaq və sənədə bir sıra dəyişikliklər etmək qərarına gəlib.

Poliqon.info

 

Seçilən
29
11
poliqon.info

10Mənbələr