AZ

Türkiyə ilk yerli hipersəs qitələrarası ballistik raketini təqdim etdi


Türkiyənin ilk hipersəs qitələrarası ballistik raketi olan və 6000 km-ə qədər məsafə qət edə bilən “Yıldırımhan”, İstanbulda keçirilən SAHA EXPO 2026 beynəlxalq aerokosmik sərgisində nümayiş etdirilib.
Yeniavaz.com
xəbər verir ki, əvvəllər Türkiyənin arsenalına yalnız qısa və orta mənzilli ballistik raketlər, xüsusən də “Tayfun” daxil olub.
İndi isə bu arsenala “Yıldırımhan” layihəsi əlavə edilib. Dörd azot tetroksid mühərriki ilə işləyən bu raketin 9-25 Max sürətinə çata biləcəyi deyilir. Sərgidəki rəsmilər bunun qlobal miqyasda güc balansını dəyişdirməyə kömək edəcəyini qeyd etdilər. Silah Türkiyə Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf müəssisələrindən əldə edilən milli resurslardan istifadə edilərək hazırlanıb.
Seçilən
35
10
yeniavaz.com

10Mənbələr