AZ

Mingəçevirlilər WUF13 Festivalında böyük həvəslə iştirak edirlər

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Mingəçevir, 6 may, AZƏRTAC

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Mingəçevir şəhərində WUF13 Festivalı keçirilir.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, festivalın axşam proqramı Mingəçevir şəhərində, Heydər Əliyev parkının yaxınlığındakı meydanda davam etdirilir.

“WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Mingəçevir sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu diqqətə çatdırıb.

Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılır.

Qeyd edək ki, günün birinci yarısında Mingəçevir Dövlət Universitetində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib.

Müxbir – Vüsalə Cənnətova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
5
azertag.az

10Mənbələr