Mingəçevir şəhəri sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.
"Report"un məlumatına görə festivalın axşam proqramı Mingəçevir şəhərində, Heydər Əliyev parkının yaxınlığındakı meydanda baş tutur.
"WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Mingəçevir sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib. Həmçinin o sakinlərin vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu qeyd edib.
Tədbir proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılması nəzərdə tutulub.