AZ

Arxeoloq "Əhd sandığı"nın mümkün yerləşmə yerini göstərdi

Arxeoloq müqəddəs relikviya hesab edilən "Əhd sandığı"nın (On Əmr lövhələrinin saxlandığı sandıq) mümkün yerləşmə yerini müəyyən etdiyini iddia edib. 

HİT.az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.

Arxeologiya üzrə doktor Kris MakKinni irəli sürdüyü nəzəriyyədə bildirib ki, itirilmiş Əhd sandığı Yerusəlimin ən qədim hissələrindən biri olan “David şəhəri”ndə yerləşə bilər. Bu ərazi Xram dağının cənubunda yerləşir.

Bibliyaya əsasən, qızıl ilə örtülmüş taxta sandıq israillilər tərəfindən təxminən eramızdan əvvəl XIII əsrdə, Misirdən çıxışdan sonra hazırlanıb. MakKinninin fikrincə, bu relikviya məqsədli şəkildə gizlədilib və onun qorunmasında peyğəmbər Yeremiya əsas rol oynayıb. O, sandığın işğalçılardan qorunması üçün David şəhərinin yeraltı hissələrində gizlədildiyini ehtimal edir.

Alimin rəhbərlik etdiyi komanda nəzəriyyəni yoxlamaq üçün xüsusi texnologiyalarla genişmiqyaslı skan planlaşdırır. Bu texnologiyalar yeraltında gizlənmiş metal obyektləri və boşluqları aşkar edə bilir. Əhd sandığının həm içinin, həm də xaricinin qızıl ilə örtüldüyü düşünüldüyündən, müasir georadar və metal detektorlarının onun izlərini dərin qatlarda belə müəyyən edə biləcəyi bildirilir.

Samir
 

Seçilən
1
50
hit.az

10Mənbələr