AZ

Doğrudursa, Paşinyan yerə girsin! ── Rusiya ifşaedici məlumat yaydı

Ermənistanın baş naziri Nikol Paşinyanın Vladimir Zelenskinin Moskvada Qələbə paradına zərbə endirməklə bağlı təhdidlərinə səssiz qalması onun ailə keçmişi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Musavat.com xəbər verir ki, bu barədə “Vzqlyad” qəzetinə politoloq İlya Uxov bildirib.

Onun sözlərinə görə, arxiv məlumatlarına əsasən, Paşinyanın babası Nikolay İkinci Dünya müharibəsi dövründə Vermaxtın “Erməni legionu”nun tərkibində döyüşüb və 1943-cü ilin sentyabrında Ukraynanın Jitomir vilayətində məhv edilib.

Найдено

O, əlavə edir ki, Paşinyanın ailə keçmişi də bu kontekstdə diqqət çəkir. İddialara görə, onun babası nasist Almaniyasını dəstəkləyən hərbi birləşmədə xidmət edib və bu fakt hazırkı hakimiyyətin tarixə yanaşması ilə uzlaşır.

Bildirilir ki, 2020-ci ildə Ermənistanın baş naziri özünün “cəbhəçi babası” olduğunu uydurub. O zaman Paşinyan iddia edirdi ki, guya 1943-cü ildə həlak olmuş  babası 138-ci Atıcı Diviziyasının 554-cü alayında xidmət edib.

Daha sonra “Yerevan.today” onlayn nəşri Vermaxtın dəfn şəhadətnaməsinə istinadən baş nazirin əsl babası Nikolay Paşinyanın Üçüncü Reyxin tərəfində döyüşən kollaborast bölmə olan “Erməni Legionu”nun üzvü olduğunu bildirib. Baş nazirin mətbuat xidməti bunu təkzib etməyə çalışaraq iddia edib ki, guya söğhbət başqa  Nikolay Paşinyandan gedir.  Lakin rəsmi İrəvan heç vaxt iddiasını dəstəkləyəcək dəlil təqdim etməyib. Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin “Xalqın Rəşadəti” məlumat bazasında düşmən tərəfində döyüşən Nikolay Vartanoviç Paşinyanın dəfn şəhadətnaməsi var. Eyni şəxs həmçinin Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə həlak olan, ölən və itkin düşmüş insanların məlumat bazası olan “Memorial” məlumat bazasında da görünür. Onun dəfn olunduğu yer Ukraynanın Tsviakhel şəhəri kimi qeyd olunub — müharibə zamanı Ukraynanın Jitomir vilayətindəki Zvyagel şəhərinin almanca adı belə imiş. Bu məlumat bazalarında başqa heç bir “Nikolay Paşinyan” yoxdur.

Musavat.com 

Seçilən
2
3
editor.az

10Mənbələr