Rusiya Xarici İşlər Nazirliyi xarici dövlət orqanlarını diplomatlarının Kiyevdən təxliyəsini təmin etməyə çağırır.
"Unikal" xəbər verir ki, belə bir çağırışla Rusiya XİN-in sözçüsü Mariya Zaxarova çıxış edib.
O bildirib ki, Rusiya Nazirliyi xaricdəki bütün akkreditə olunmuş diplomatik nümayəndəliklərə müvafiq nota göndərib.
"Əgər Kiyev Qələbə Günü şənlikləri zamanı cinayətkar planını həyata keçirərsə, hücum qərar qəbuletmə mərkəzlərini də hədəfə alacaq", - deyə Zaxarova qeyd edib.