Rusiya Xarici İşlər Nazirliyi xarici ölkələrin diplomatik nümayəliklərini Kiyevdəki əməkdaşlarını təxliyə etməyə çağırıb.Bu barədə nazirliyin saytında yayılan bəyanatda deyilir.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva xarici hökumət və təşkilatları bəyanata “maksimum məsuliyyətlə” yanaşmağa və diplomatik nümayəndəliklərin əməkdaşlarının Kiyevdən vaxtında çıxarılmasını təmin etməyə çağırır.
Zaxarova əlavə edib ki, Ukrayna hakimiyyəti də mülki şəxslərin təxliyəsini təmin etməlidir. Onun sözlərinə görə, buna səbəb Rusiyanın Kiyevə, o cümlədən “qərar qəbuletmə mərkəzlərinə” mümkün cavab zərbələrinin qaçılmaz olmasıdır.
Rusiya XİN sözçüsü qeyd edib ki, əgər Ukrayna Qələbə Günü tədbirləri zamanı “terror xarakterli planlar” həyata keçirsə, Moskva cavab zərbələri endirəcək.
O həmçinin bildirib ki, Rusiyanın xaricdəki diplomatik nümayəndəlikləri məsələ ilə bağlı akkreditə olunduqları ölkələri və beynəlxalq təşkilatları məlumatlandırır.