AZ

Çempionlar Liqasında ikinci finalçı PSJ olub

Bakı, 7 may, AZƏRTAC

UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olub. “Alyans Arena”da keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Komandaların ilk dueli PSJ-nin xeyrinə (5:4) başa çatdığından, Paris klubu iki görüşün nəticəsinə əsasən, finala yüksəlib.

Qeyd edək ki, mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək həlledici qarşılaşmada PSJ-nin rəqibi İngiltərə "Arsenal"ı olacaq.

Seçilən
30
9
azertag.az

10Mənbələr