AZ

Çempionlar Liqası: PSJ ikinci finalçı oldu - VİDEO

UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olub.

Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olub. 

“Alyans Arena”da keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Komandaların ilk dueli PSJ-nin xeyrinə (5:4) başa çatdığından, Paris klubu iki görüşün nəticəsinə əsasən, finala yüksəlib.

Qeyd edək ki, mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək həlledici qarşılaşmada PSJ-nin rəqibi İngiltərə "Arsenal"ı olacaq.

Bizim.Media
 

Seçilən
3
9
bizim.media

10Mənbələr