ABŞ-da illərdir dolaşan qəribə sui-qəsd nəzəriyyəsi yenidən müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, 130 ildən çox əvvəl yazılmış bir kitab internet istifadəçiləri arasında ABŞ prezidenti Donald Trampın oğlu Barron Tramp haqqında fantastik iddiaların yayılmasına səbəb olub.
Söhbət amerikalı yazıçı Ingersoll Lokvudun1893-cü ildə yazdığı “Barron Trump's Marvelous Underground Journey” kitabından gedir.
Kitabda “Barron Tramp” adlı varlı aristokrat oğlan “Tramp qalasında” yaşayır və “Don” adlı sirli bələdçi ilə Rusiyaya səyahət edir. İnternet istifadəçiləri bu süjetlə Tramp ailəsi arasında “qəribə paralellər” taparaq Barron Trampın guya zaman səyahətçisi olduğu barədə nəzəriyyələr irəli sürüblər.
Bu iddialar o qədər geniş yayılıb ki, Lara Tramp hətta öz podkastında buna cavab vermək məcburiyyətində qalıb.