Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Baş nazir Nikol Paşinyanın 9 May Qələbə Günü münasibətilə Moskvaya dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırıb.
Senzor.az-ın məlumatına görə, Kopırkin jurnalistlərin suallarına cavab olaraq bildirib: "Bildiyim qədəri ilə bütün qardaş ölkələrin liderləri dəvət olunub".
Paşinyandan dəvəti qəbul edib-etmədiyi soruşulduqda, səfir bu barədə heç bir məlumatının olmadığını bildirib.
Xatırladaq ki, Rusiya 9 may Qələbə Günü çərçivəsində Moskvada Qırmızı Meydanda parad keçirməyə hazırlaşır.