AZ

Moskva paradına maraq niyə azalıb?- 2022-dən bəri ən qısa lider SİYAHISI

Mayın 9-da Belarus, Laos, Malayziya və Slovakiya liderləri Moskvaya səfər edəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə BBC yazır. Qeyd edilir ki, bu, 2022-ci ildən bəri "Qələbə günü" tədbirlərində iştirak edəcək xarici qonaqların ən qısa siyahısı hesab olunur.

Kremlin yaydığı məlumata görə, Belarus prezidenti , Laos prezidenti , Malayziyanın ali kökmdarı və Slovakiyanın baş naziri Moskvada keçiriləcək paradı izləyəcəklər.

Bununla yanaşı, Bosniya və Herseqovinanın tərkibində olan "Serb respublikası"nın nümayəndələrinin, həmçinin özünü müstəqil elan etmiş Abxaziya və Cənubi Osetiyanın rəhbərlərinin də Moskvada olacağı bildirilir.

Rusiya prezidentinin köməkçisi jurnalistlərə açıqlamasında bildirib ki, “ötən il olduğu kimi, bu dəfə də xarici qonaqlar xüsusi şəkildə tədbirlərə dəvət edilməyib”.

Qeyd olunur ki, 2025-ci ildə nasizm üzərində qələbənin 80 illiyi münasibətilə keçirilən paradda 20-dən çox dövlət başçısı iştirak etmişdi. 2023 və 2024-cü illərdə də Moskvadakı tədbirlərə bir sıra Orta Asiya ölkələrinin liderləri qatılmışdı.

2022-ci ildə isə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra keçirilən 9 May paradında heç bir xarici lider iştirak etməmişdi. Həmin vaxt Kreml heç kimin dəvət olunmadığını açıqlamışdı.

BBC yazır ki, builki qırmızı meydan paradı müharibənin başlanmasından sonra ilk dəfə hərbi texnikasız və Suvorov-Naximov hərbi məktəblərinin kursantları olmadan keçiriləcək. Kreml bunu təhlükəsizlik səbəbləri və yubiley ili olmaması ilə əlaqələndirir.

Bildirilir ki, mayın 9-da Moskvada mobil internetin fəaliyyəti də məhdudlaşdırılacaq.

Afaq,
Musavat.com

Seçilən
9
11
musavat.com

10Mənbələr