AZ

UEFA oyunlarının açıq yayım hüquqları bizdə deyil SPORT TV dən AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

TVNET platformasına daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının ölkə üzrə pay-TV (ödənişli televiziya – kabel TV, IPTV, OTT və s.) yayım hüquqlarına sahib olduqlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, kanal dünənki yayımla bağlı yayılan reaksiyalara münasibət bildirib.

Açıqlamada qeyd olunur ki, turnirlərin açıq televiziya (Free-TV / FTA) yayım hüquqları ayrıca paketə daxildir və bu hüquqlar Azərbaycanda ümumrespublika açıq yayım həyata keçirən digər iki telekanala məxsusdur.

Bildirilib ki, SPORT TV və əlaqəli kanallar yalnız ödənişli yayım platforması çərçivəsində eksklüziv yayım hüququna malikdir.

Eyni zamanda vurğulanıb ki, UEFA oyunlarının kommersiya məqsədli nümayiş hüquqları – yəni restoran, kafe, hotel, lounge, pub və digər ictimai məkanlarda yayımlanması – yalnız müvafiq HORECA/kommersiya lisenziyası əsasında həyata keçirilə bilər və bu hüquqlar da eksklüziv şəkildə təqdim olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
4
redaktor.az

9Mənbələr