Qurumdan Metbuat.az-a bildirilib ki, turnirlərin açıq televiziya (Free-TV / FTA) yayım hüquqları ayrıca hüquq paketinə daxildir və bu hüquqlar Azərbaycanda açıq yayımda ümumrespublika yayımı həyata keçirən digər 2 telekanala məxsusdur. "Ayrıca qeyd edək ki, qeyd edilən oyunların HORECA / kommersiya nümayiş hüquqları (otel, restoran, kafe, pub, lounge, çay evi, idman barları və digər ictimai-kommersiya obyektlərində nümayiş hüquqları) tam eksklüziv şəkildə yalnız bu kanallar tərəfindən təqdim olunur.
Qeyd edək ki, kommersiya obyektlərində - restoran, kafe, hotel, lounge və digər ictimai məkanlarda UEFA oyunlarının nümayişi yalnız müvafiq kommersiya/HORECA hüquqları əsasında həyata keçirilə bilər. Hüquqsuz və qeyri-qanuni yayımlar Azərbaycan Respublikasının müəllif və əlaqəli hüquqlar haqqında qanunvericiliyinin tələblərinin pozulması hesab olunur və hüquqi məsuliyyət yaradır", - deyə məlumatda vurğulanıb.