AZ

Dövlət Xidmətinin rəisi Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 7 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 22-si saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Bu barədə AZƏRTAC-a SHXÇDX-dən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların mayın 18-dək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək, qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Seçilən
1
4
azertag.az

7Mənbələr