AZ

Mürsəl İbrahimov qəbul keçirəcək

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət Xidmətinin rəisi Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 22-si saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə SHXÇDX-dən bildirilib.

Qeyd olunub ki, qəbula yazılmaq istəyən vətəndaşların mayın 18-dək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək, qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
4
ayna.az

7Mənbələr