AZ

Qars Gümrü dəmir yolu üçün texniki qiymətləndirmə aparılır Paşinyan

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qars-Gümrü dəmir yolunun və əlaqəli infrastrukturun bərpası üzrə işlər davam edir, lakin son tarixlər barədə danışmaq hələ tezdir.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Biz bu istiqamətdə işləyirik və hazırda son tarixlər barədə heç nə deyə bilmərəm, çünki bir çox texniki qiymətləndirmə işləri var”, - o qeyd edib. Toyuqlu pizza

Paşinyanın sözlərinə görə, texniki problemləri aşkar olunur: “Ehtiyacları qiymətləndirib işə başlamalıyıq”.

Xatırlatma: Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq, aprelin 28-də Qarsda Gümri-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. Tərəflər regionda nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində Gümri-Qars dəmir yolunun tezliklə istismara verilməsinin vacibliyini vurğulayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
6
yenisabah.az

7Mənbələr