AZ

“Qars-Gümri dəmir yolunun bərpası üzrə işlər davam edir” - Paşinyan

“Qars-Gümri dəmir yolunun və əlaqəli infrastrukturun bərpası üzrə işlər davam edir, lakin son tarixlər barədə danışmaq hələ tezdir”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.

O bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq, aprelin 28-də Qarsda Gümri-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. Tərəflər regionda nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində Gümri-Qars dəmir yolunun tezliklə istismara verilməsinin vacibliyini vurğulayıblar.

"Biz bu istiqamətdə işləyirik və hazırda son tarixlər barədə heç nə deyə bilmərəm, çünki bir çox texniki qiymətləndirmə işləri var. Hətta indi də, iş zamanı bilmədiyimiz texniki problemləri aşkar edirik, çünki təxminən 40 ildir ki, həmin infrastrukturla lazımi səviyyədə məşğul deyilik. Ehtiyacları qiymətləndirib işə başlamalıyıq", - deyə Paşinyan əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
21
6
missiya.az

7Mənbələr