AZ

Tramp Həbibi təriflədi: “Çox xüsusi döyüşçüdür”

ABŞ prezidenti Donald Trump Ağ Evdə idmançılar üçün təşkil olunan qəbul zamanı keçmiş UFC çempionu Həbib Nurməhəmmədov barədə diqqətçəkən açıqlama verib.

Publika.az xəbər verir ki, Tramp rusiyalı döyüşçünü “çox xüsusi döyüşçü” adlandıraraq onun karyerasını yüksək qiymətləndirib. O, həmçinin Nurməhəmmədovun peşəkar MMA karyerasında keçirdiyi 29 döyüşün hamısında qalib gəldiyini xüsusi vurğulayıb.

Məlumata görə, Ağ Evdə keçirilən tədbirdə "UFC White House" turnirinə hazırlaşan 14 döyüşçü də iştirak edib. Bu turnirin 2026-cı il 14 iyunda ABŞ-da baş tutacağı planlaşdırılır. Həmin gün Trampın 80 yaşı tamam olur və ABŞ-da Bayraq Günü də qeyd edilir.

Gecənin əsas döyüşü isə yüngül çəki üzrə titul qarşılaşması olacaq. Çempion Ilia Topuria ilə müvəqqəti kəmər sahibi Justin Gaethje oktaqonda üz-üzə gələcək.

Xatırladaq ki, Həbib Nurməhəmmədov 2020-ci ildə karyerasını bitirib və MMA tarixində məğlubiyyətsiz (29-0) rekordla ayrılıb.

Seçilən
9
50
publika.az

10Mənbələr