AZ

PSJ yə baxın, onlar qatil kimi... Manuel Noyer

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"Bayern Münhen"in qapıçısı Manuel Noyer Çempionlar Liqasında mübarizəni dayandırmaları barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini DAZN belə çatdırıb:

"Bizim hücumlarda "qatil instinkti" çatmadı. Amma ümumi baxsaq, qalib gəlmək üçün fürsətlərimiz var idi. Düzdür, çox sayda qol fürsəti yaxalamadıq, lakin ələ düşən imkanları... PSJ-yə baxın, onlar qatil kimi ilk oyunda 5 qol vurdular. Bizə lazım olan budur. Yəqin ki, bizim finala yaxın olduğumuzu, ancaq işi sona çatdıra bilmədiyimizi gördünüz.

Hə, Bundesliqanın qalibi adını qazanmağı haqq edirdik, Berlindəki Almaniya Kubokunun finalını səbirsizliklə gözləyirik. Bu gün isə məyusuq".

"Bayern" Parisdə 4:5 hesabı ilə uduzduğu yarımfinalın ev oyununda PSJ ilə heç-heçə (1:1) edərək finaldan məhrum olub.

Ötən il UEFA Çempionlar Liqasının finalında "İnter"i 5:0 hesabı ilə darmadağın edərək titula yiyələnən PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici qarşılaşmada London "Arsenal"ı ilə üz-üzə gələcək.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
24
fanat.az

10Mənbələr