AZ

İngiltərə nəhəngi PSJ nin hücumçusunu istəyir

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

PSJ-nin hücumçusu Bredli Barkola karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Germany" yayıb.

Məlumata görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə London təmsilçisinin 23 yaşlı futbolçunu uzun müddətdir diqqətə saxladığını və onun heyətə qatılmasını vacib saydığını vurğulayıb. Paris klubunun Barkolaya yeni müqavilə təklif etdiyi, lakin Fransa millisinin üzvünün hələ klubuna "hə" demədiyi bildirilib.

Xatırladaq ki, "Arsenal" Çempionlar Liqasının finalında PSJ ilə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
24
fanat.az

10Mənbələr