AZ

Makron İrəvandan Türkiyəyə keçmək istədi, Ərdoğan icazə vermədi

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Türkiyə Fransa Prezidenti Emmanuel Makronun növbəti təxribatçı addımının qarşısını alıb.

Belə ki, xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Makrona Ermənistandan quru sərhədilə Türkiyəyə keçməsinə icazə verməyib.

Qeyd edək ki, mayın 3-5 arasında Makron bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olub. Buradan Makron Ərdoğanla görüşmək adı ilə bağlı quru sərhəd vasitəsilə Türkiyəyə yola düşərək "siyasi cəhətdən rəmzi" jest etmək niyyətinə düşüb.

Bəzi mənbələrin məlumatına görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi - Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakupost-a bildirib ki, Makron quru yolla Türkiyəyə keçməyə çalışmaqla ola bilsin, Ermənistanla Türkiyə arasında gediş-gəlişin asanlaşmasını simvolik olaraq göstərmək istəyib:

“Yəni bununla göstərmək istəyib ki, sərbəst şəkildə özü Ermənistan ərazisindən Türkiyəyə keçirsə, deməli ermənilər də öz ərazilərindən qonşu ölkəyə sərbəst gələ bilərlər”.

Həmsöhbətimiz Fransa Prezidentinin buraxılmamasını doğru addım adlandırıb:

“Yaxşı ki, onu buraxmayıblar. Türkiyənin bu mövqeyi o deməkdir ki, Ankara İrəvanla münasibətləri yaxşılaşdırmaqda maraqlıdır, amma bunu Makronsuz, Fransasız etmək istəyir”.

Ankaranın Makrona münasibətdə atdığı addıma gəldikdə isə ekspert hesab edir ki, Türkiyə məhz Azərbaycanla münasibətləri əsas götürərək, bu addımı atıb:

“Bununla Ankara həm də göstərmək istəyib ki, Paris və Avropa olmadan da Ermənistanla danışıq apara, əlaqə saxlaya bilirlər”.

Rüfət Sultan, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
32
www.bakupost.az

10Mənbələr