Cənubi Qafqazda son günlər ən çox müzakirə olunan məsələlərdən biri Fransa prezidenti Emmanuel Makronun Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçmək planının baş tutmaması olub. İddialara görə, Emmanuel Makronun Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçməsinə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan razılıq verməyib.
Bu, Fransanın Cənubi Qafqaz siyasətinə zərbə və Makron üçün növbəti siyasi “şapalaq” kimi qiymətləndirilib.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu hadisə bölgədə yeni geosiyasi reallıqların artıq Bakı və Ankara tandeminin iradəsi əsasında formalaşdığını bir daha ortaya qoydu. Eyni zamanda, Makronun regionda təsir imkanlarını artırmaq və Fransa üçün yeni siyasi mövqe qazanmaq cəhdinin nəticəsiz qalması Parisin Cənubi Qafqaz siyasətində ciddi problemlərlə üzləşdiyini göstərən növbəti nümunə kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Oqtay Qasımov bildirdi ki, Fransa prezidenti Emmanuel Makronun son davranışları və açıqlamaları Parisin regionla bağlı iddialı planlarını ortaya qoyur.
Makron özünü əsas oyunçu kimi təqdim etməyə çalışır