AZ

Zelenskidən 9 may xəbərdarlığı: “Moskvaya getməyin”

Ukrayna prezidenti Volodimir Zelenski xarici dövlətlərin nümayəndələrinə 9 mayda Moskvada olmamağı tövsiyə edib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiyaya yaxın bəzi dövlətlərdən nümayəndələrinin 9 mayda Moskvaya səfər etməyi planlaşdırdığı barədə müraciətlər daxil olub.

Zelenski bunu “qəribə istək” adlandırıb və belə günlərdə Moskvaya səfərin düzgün olmadığını vurğulayıb.

“Biz bunu tövsiyə etmirik,” – deyə Ukrayna prezidenti bildirib.

Qeyd edək ki, 9 may Rusiyada Qələbə Günü kimi qeyd olunur və həmin gün Moskvada ənənəvi hərbi parad keçirilir.

 

Musavat.com

Seçilən
19
1
musavat.com

2Mənbələr