AZ

Zelenskidən 9 may xəbərdarlığı: “Moskvaya getməyin”




Ukrayna prezidenti Volodimir Zelenski xarici dövlətlərin nümayəndələrinə 9 mayda Moskvada olmamağı tövsiyə edib.

aia.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiyaya yaxın bəzi dövlətlərdən nümayəndələrinin 9 mayda Moskvaya səfər etməyi planlaşdırdığı barədə müraciətlər daxil olub.

Zelenski bunu “qəribə istək” adlandırıb və belə günlərdə Moskvaya səfərin düzgün olmadığını vurğulayıb.

“Biz bunu tövsiyə etmirik,” – deyə Ukrayna prezidenti bildirib.

Qeyd edək ki, 9 may Rusiyada Qələbə Günü kimi qeyd olunur və həmin gün Moskvada ənənəvi hərbi parad keçirilir.



Seçilən
2
1
aia.az

2Mənbələr