AZ

Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı

style='margin-bottom:10px;'>

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

QOL.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq.

Yarış 8-10 may tarixlərində keçiriləcək.

Kişilər

-66 kq, 1/16 final

Rəşad Yelkiyev – Hyonu An (Koreya)

Turan Bayramov – Matteo Piras (İtaliya)

-73 kq, 1/8 final

Rəşid Məmmədəliyev – Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə

-90 kq, 1/16 final

Aslan Kotsoyev – Aybol Nissanali (Qazaxıstan)

+100 kq, 1/8 final

Camal Feyziyev – Yakub Sordil (Polşa)

Uşanqi Kokauri – Jantilek Nurtilepuli (Qazaxıstan)

Qadınlar

-48 kq, 1/16 final

Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)

-48 kq, 1/8 final

Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

-52 kq, 1/16 final

Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)

-52 kq, 1/8 final

Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)

-70 kq, 1/8 final

Südabə Ağayeva – Miriam Butkereyt (Almaniya)

Seçilən
2
9
teleqraf.com

10Mənbələr