Yaxın Şərqdə gərginlik daha da artıb, Hörmüz boğazı ətrafında ABŞ və İran arasında qarşılıqlı hücumların baş verdiyi bildirilir.
Musavat.com xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, İranın cənubundakı Bəndər-Abbas və Minab şəhərlərində güclü partlayış səsləri eşidilib. Eyni zamanda, Tehranda da partlayışların baş verdiyi qeyd olunur.
Məlumata əsasən, BƏƏ-nin paytaxtı Əbu-Dabidə də partlayışlar qeydə alınıb. ABŞ rəsmiləri gecə həyata keçirilən hücumların İranın BƏƏ-yə qarşı addımlarına cavab olduğunu açıqlayıb.
İran mediası isə ABŞ-ın bəzi hədəflərə zərbə endirməyə və iki gəmini sıradan çıxarmağa cəhd etdiyini, lakin İran qüvvələrinin sərt reaksiyası ilə üzləşdiyini iddia edib.
İsrail mənbələri Hörmüz boğazında ABŞ və İran arasında qarşılıqlı zərbələrin davam etdiyini təsdiqləyib.
Axios nəşri də amerikalı rəsmiyə istinadən yazıb ki, ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında İran hədəflərinə hücum edib.
Musavat.com