AZ

ABŞ Hörmüzdə İran tankerlərini vurdu

ABŞ, İsrail - İran qarşıdurmasında gərginlik yenidən artıb. Metbuat.az xəbər verir ki, Vaşinqton Hörmüz boğazında İrana məxsus 2 tankerin vurulduğunu bəyan edib. İran mediası da ABŞ ilə qarşıdurmanın davam etdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına qarşı tətbiq olunan dəniz blokadası çərçivəsində indiyədək 57 ticarət gəmisinin qarşısının alındığını, 4 gəminin isə sıradan çıxarıldığını açıqlayıb. Bildirilib ki, ABŞ hərbi gəmilərindən biri Hörmüz boğazından keçməyə çalışan neft tankerini geri qaytarıb.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti İsrail və Livan arasında üçüncü raund danışıqların mayın 14-15-də keçiriləcəyini elan edib. Görüşlərdə sərhəd təhlükəsizliyi, humanitar yardım və Livandakı “Hizbullah”ın təsiri ilə bağlı məsələlərin müzakirə olunacağı qeyd edilib.

Seçilən
7
50
metbuat.az

10Mənbələr