AZ

ABŞ İrandakı raket və PUA obyektlərini vurub

BAKI, 8 may. TELEQRAF

ABŞ ordusu Hörmüz boğazından keçən raket esmineslərinə hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı ABŞ qüvvələrinə hücumda iştirak etdiyi iddia edilən hərbi hədəflər vurulub.

“CENTCOM ABŞ ordusuna hücumlara cavabdeh olan İran hərbi obyektlərini məhv edib. Hədəflər arasında raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançaları, komanda məntəqələri, müşahidə və kəşfiyyat qovşaqları var”, - açıqlamada qeyd olunub.

Məlumat CENTCOM-un “X” sosial şəbəkəsindəki hesabında yayılıb.

Seçilən
39
10
teleqraf.com

10Mənbələr