AZ

“Xınalıq” restoranında ofisiant qəfil öldü

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən “Xınalıq” restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
5
qafqazinfo.az

6Mənbələr