AZ

“Xınalıq” restoranında ofisiant qəfil öldü

“Xınalıq” restoranında ofisiant qəfil öldü

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndi ərazisində yerləşən “Xınalıq” restoranında ofisiant işləyən kənd sakini, 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib.

İlkin məlumata görə, 63 yaşlı kişinin infarktdan öldüyü bildirilir. Hadisə iş yerində qəfil baş verdiyindən ətrafdakıların müdaxiləsi nəticə verməyib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbləri təyin olunmuş ekspertizanın rəyindən sonra bəlli olacaq.

Seçilən
12
5
afn.az

6Mənbələr