

Müəllif
İlhamə Vəliqızı
Xudat şəhərində yerləşən mağazadan 23 min manatlıq oğurluq olub.Bu barədə Ulusum.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, mağazadan oğurluq etməkdə şübhəli bilinən Elman İmanov və Elçin Məhərrəmov saxlanılıblar. Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar.Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Diqqət Çəkənlər
“Bu mükafat bizim üçün ən böyük motivasiya və dəyərdir” – Naibə Allahverdiyeva
“Yeni simaların siyahıya əlavə olunması ümidvericidir” — Anar Heybətov
Meyvəli Rulet Resepti