AZ

Xaçmazda mağazadan 23 min manatlıq oğurluq edilib

Xaçmaz rayonunda mağazadan oğurluq edən şəxslər saxlanılıblar.

APA-nın Şimal bürosunun məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Elman İmanov və Elçin Məhərrəmov tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, onlar Xudat şəhərində yerləşən mağazadan ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner oğurlayıblar.

Məlumata görə, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 Xaçmazda mağazadan 23 min manatlıq oğurluq edilib

Xaçmazda mağazadan 23 min manatlıq oğurluq edilib
 

Seçilən
0
10
7news.az

10Mənbələr