Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə xarici ölkələrin liderlərinə və vətəndaşlarına təbrik məktubu göndərib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb.
Məlumatda deyilir ki, Putinin təbrik məktubu Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Abxaziya, Özbəkistan, liderlərinə, eləcə də Moldova və Gürcüstan xalqlarına ünvanlanıb.
Putin 9 Mayın arxa cəbhədə çiyin-çiyinə çalışan və cəbhədə vuruşan, saysız-hesabsız əziyyət və qurbanlar bahasına nasist işğalçıları üzərində çoxdan gözlənilən Qələbəni yaxınlaşdıran atalara və babalara minnətdarlıqŞ hörmət əlaməti olduğunu vurğulayıb.
Rusiya lideri Moldova və Gürcüstan xalqlarına müraciətində sərt müharibə illərinin hadisələrinin xatirəsini qorumağa çaöırıb:
“Ölkələrimizin xalqlarını birləşdirən qarşılıqlı yardım və dostluq kimi yaxşı ənənələri gələcək nəsillərə ötürək”.
PutinŞ həmçinin veteranlara və arxa cəbhə işçilərinə səmimi təbriklərini çatdırıb, onlara cansağlığı, uzun ömür və güc arzulayıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.